Dövlət Komitəsi: “Bir nəfər iddia edib ki, onda...”

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komitəsi: “Bir nəfər iddia edib ki, onda...”

Sosial

14 Dekabr 2023 17:20 422


İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində bərpa-quruculuq işlərinin aparıldığı Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Qayıdış prosesi ilə bağlı hər bir məlumat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi saytında (idp.gov.az) operativ qaydada yerləşdirilir və sosial media hesablarında müntəzəm paylaşılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

"Təəssüf ki, bəzi şəxslərin sosial media hesablarında Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan məsələlər barədə həqiqətə uyğun olmayan, yalan məlumatların yayılması hallarına rast gəlinir. Bu günlərdə sosial mediada bir nəfər iddia edib ki, onda işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısı var. Sezar pizza

Belə məlumatların məcburi köçkünlər arasında çaşqınlıq yarada biləcəyini nəzərə alaraq bir daha bildiririk ki, vətəndaşlar işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə ilə bağlı bütün məsələlərə dair məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə dəqiqləşdirə bilərlər" - deyə Komitənin məlumatında qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!