Dövlət komitəsi dünyaya uşaq gətirən 11 yaşlı qızın vəziyyəti ilə maraqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Dövlət komitəsi dünyaya uşaq gətirən 11 yaşlı qızın vəziyyəti ilə maraqlanıb

Sosial

31 Oktyabr 2021 22:21 1015


İmişli rayon sakini 11 yaşlı qızın uşaq dünyaya gətirməsi faktı ilə bağlı görülən tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də psixoloq uşağın yerləşdirildiyi xəstəxanada olub, vəziyyətin ilkin qiymətləndirilməsini aparıb.

Komitədən Yenisabah.az-a verilən məlumata görə, həmçinin Dövlət Komitəsi İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya ilə birgə müvafiq fəaliyyəti davam etdirir. Belə ki, Komissiyanın nümayəndəsi tərəfindən zərərçəkmişin qardaşının da vəziyyətini qiymətləndirmək məqsədilə ailəyə səfər edilib. Nəticədə ailədə digər azyaşlı oğlana da psixoloji dəstəyin göstərilməsinə ehtiyacı olduğu müəyyən edilib.

Qeyd edilib ki, hər iki istiqamətdə psixoloji dəstəyin davam etdirilməsi ilə yanaşı, aparılan istintaqın nəticəsindən asılı olaraq, yetkinlik yaşına çatmayan qız və qardaşının, eləcə də körpənin mənafeyinə uyğun müvafiq qərarlar qəbul ediləcək və onların dövlət müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!