DSMF-nin regional filial müdiri vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

DSMF-nin regional filial müdiri vəzifəsindən azad edildi

Sosial

02 İyun 2026 11:13 119


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki–Zaqatala regional filialının müdiri Turan Əsədov vəzifəsindən azad olunub.

"Yeni Sabah" İqtisadiyyat.az- istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Turan Əsədov iyunun 1-dən etibarən filial müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, T. Əsədov ötən ilin mart ayında xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonunun Güllük kəndi ərazisindən keçən avtomobil yolunda piyadanı vurmuşdu. Hadisədən sonra yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı. pizza sifarişi

Həmin vaxt DSMF-nin yaydığı məlumatda bildirilmişdi ki, Turan Əsədov qəzadan dərhal sonra zərərçəkənə yardım göstərərək onu tibb müəssisəsinə aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!