Dünya QORXU İÇİNDƏ - Sürətlə yayılır, artıq 2 ölkədə...

saytların hazırlanması

Evə çatdırılma

Dünya QORXU İÇİNDƏ - Sürətlə yayılır, artıq 2 ölkədə...

Dünya

16 Aprel 2023 11:43 1037


Dünyada 6 milyondan çox insanın həyatına son qoyan və bir müddət həyatı donduran COVID-19-un təsirləri artıq arxada qalıb. Lakin dünyanın müxtəlif yerlərində koronavirusun fərqli variantları ortaya çıxmaqda davam edir.

Musavat.com xəbər verir ki, son zamanlar Hindistanda ortaya çıxan yeni variant dünyada narahatlığa səbəb olub.

İngiltərədə də rast gəlinən XBB.1.16 - “Artcturus” adlı variantın omikrondan törədiyi bildirilir. pizza hut

Artıq Hindistanın bəzi bölgələrində koronavirusun yeni variantına görə yenidən maska taxmaq tələbi qoyulub.

İngiltərədə isə sözügedən varianta son bir ayda 50 yoluxma hadisəsi aşkarlanıb. 

Britaniya qəzetlərinə danışan Şərqi İngiltərə Universitetinin professoru Paul Hunter ilk dəfə Hindistanda əmələ gələn variantın hələ ki, bütün dünyaya yayılmadığını deyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə yanvarın sonunda ortaya çıxan "Arcturus"a yoluxma hadisələrini yaxından izlədiklərini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!