Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Dünyada 180 milyon adam koronavirusdan sağalıb
03 Avq 2021 12:43
414

Dünyada 180 milyon adam koronavirusdan sağalıb

Dünyada koronavirusdan sağalanların sayı 180 milyonu ötüb.

Yenisabah.az Covid-19 məlumatlarının toplandığı "Worldometers" saytına istinadən xəbər verir ki, dünyada virusun çox yayıldığı 3 ölkə var, həmin ölkələr hazırda ən çox koronavirus xəstəsinin sağaldığı ölkələrdir.

Hindistan 30 milyon 896 min 354, ABD 29 milyon 717 min 537 və Braziliya 18 milyon 687 min 203 nəfər virusa qalib gəlib.

Dünyada 15 milyon 260 min 750 nəfər hələ də virus səbəbindən müalicəsini davam etdirir. Yoluxma sayı 199 milyon 611 min 794-ə çatarkən, 4 milyon 249 min 322 nəfər virusdan dünyasını dəyişib.

Mehri Qurban

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər