Dünyada dəhşətli virus yayıldı   - MÜALİCƏSİ YOXDUR

saytların hazırlanması

Evə çatdırılma

Dünyada dəhşətli virus yayıldı - MÜALİCƏSİ YOXDUR

Sosial

30 İyul 2021 11:10 1353


ABŞ-da bütün müalicələrə davamlı olduğu bildirilən ölümcül göbələk infeksiyası qocalar evləri və xəstəxanalarda yayılmağa başlayıb.

Yenisabah.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) tibb işçisi Meqan Liman xəstələrin bir-birindən yoluxduqlarının ehtimal olunduğunu deyib. Xəstələrin təxminən 30 faizinin bir ay ərzində öldüyü, bu ölümlərin sözügedən virusla əlaqəli olub-olmadığının araşdırıldığı vurğulanıb.

"Candida auris" adlandırılan göbələk infeksiyası olduqca təhlükəlidir. Qan dövranına, ürəyə və ya beyinə nüfuz etdikdə çox vaxt ölümcül olur. Qızdırma və üşütmə kimi simptomlar antibiotik müalicəsindən sonra da davam edir. Toyuqlu pizza

ABŞ-ın bəzi bölgələrində göbələk virusuna yoluxma faktları aşkarlansa da, xəstələrin adları açıqlanmayıb. (milli.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!