“Dünyada humanitar böhranların sayı kəskin artıb”

saytların hazırlanması

Evə çatdırılma

“Dünyada humanitar böhranların sayı kəskin artıb”

Dünya

28 Sentyabr 2022 18:32 721


“Dünyada humanitar böhranların sayı kəskin artıb. Buna görə də mən beynəlxalq ictimaiyyəti təcili tədbirləri aktivləşdirməyə çağırıram”.

Yenisabah.az “La Repubblica”a istinadla xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) baş direktoru Antonio Vitorinou deyib.

“Biz daha yaxşı həyat axtarışında ölkəsini tərk edən hər kəsə bərabər hörmət diləyirik. Biz dünyada humanitar böhranların sayının kəskin artmasının şahidiyik və beynəlxalq ictimaiyyət təcili tədbirləri aktivləşdirməlidir”, - o bildirib. pizza

O, Ukrayna ətrafında baş verən hadisələri Avropanın indi həll etməli olduğu fövqəladə humanitar vəziyyət kimi qiymətləndirib:

“7 milyondan çox insan başqa ölkələrdə qaçqın həyatı yaşamağa məcburdur, onların 50 faizi hər hansı gəlir mənbəyini itirib. Qayıdanlar isə köçkünlər sırasına qoşulurlar. Onların artıq nə evi, nə də işi var. 78 faizinin iqtisadi dəstəyə ehtiyacı var. Onlar, əsasən, qadınlar, uşaqlar, qocalardır”, - Vittorinu bildirib

O, həmçinin qeyd edib ki, Afrika ölkələrindəki iqlim dəyişikliyi, habelə ərzaq və enerji mənbələrinə çıxışın çətinliyi səbəbindən vəziyyət daha da pisləşir ki, bu da Ukrayna böhranından təsirlənir.

"2021-ci ildə 23,7 milyon insan iqtisadi və siyasi səbəblərdən ölkəni tərk etməyə məcbur olub və onların sayı artmaqda davam edir", - Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri bildirib.

Xatırladaq ki, bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Hüquq Məsələləri üzrə Ali Komissarlığının İdarəsi hesablayıb ki, 2022-ci il fevralın 24-dən sentyabrın 13-dək Ukraynadan Avropa ölkələrinə ümumilikdə 7,2 milyondan çox qaçqın gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!