E-sosial.az portalına 60 milyon müraciət qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

E-sosial.az portalına 60 milyon müraciət qeydə alınıb

Sosial

04 İyun 2022 15:10 1173


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına ötən dövrdə 60 milyon müraciət olub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, 2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır. 

Hər bir şəxs özü barəsində portalda toplanmış məlumatları daim izləmək və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət etmək imkanına malikdir. pizza sifarişi

“Android” və “IOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən bu portalda qeydiyyatdan keçmiş aktiv istifadəçi sayı artaraq 1 milyon 185 minə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!