Əfqanların üzünə gün doğdu: 40 milyon dollar!

saytların hazırlanması

Evə çatdırılma

Əfqanların üzünə gün doğdu: 40 milyon dollar!

Dünya

31 Avqust 2022 14:51 943


Humanitar yardım çərçivəsində Əfqanıstanın paytaxtı Kabilə 40 milyon dollarlıq nağd pulun daha bir partiyası çatdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə avqustun 31-də “The Fronter Post” qəzeti Əfqanıstan Mərkəzi Bankına (MB) istinadən məlumat verib.

"Əfqanıstana göstərilən humanitar yardım çərçivəsində Kabilə 40 milyon dollar nağd pul çatdırılıb", - nəşr Mərkəzi Təhqiqatlar Bürosunun bəyanatından sitat gətirir. Dominos pizza

Qeyd edək ki, Əfqanıstan Mərkəzi Bankının verdiyi məlumata görə, vəsait Əfqanıstan Beynəlxalq Bankına təhvil veriləcək. 

Xatırladaq ki, ABŞ-ın ötən ilin yazında silahlı qüvvələrini Əfqanıstandan çıxarmaq qərarını elan etməsindən sonra radikal “Taliban” qruplaşması Əfqanıstan üzərində nəzarəti bərpa etmək üçün genişmiqyaslı kampaniyaya başlayıb. 

Belə ki, “Taliban” 2021-ci il avqustun 15-də döyüşsüz paytaxt Kabilə daxil olub və sentyabrın 7-də legitimliyi heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!