Əhaliyə hava ilə bağlı CİDDİ xəbərdarlıq! Bu gün ...

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə hava ilə bağlı CİDDİ xəbərdarlıq! Bu gün ...

Sosial

23 İyul 2023 08:44 38069


Bu gün - iyulun 23-də Abşeron yarımadasında isti temperatur diskomfortu gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib.

Bildirilib ki, isti temperatur meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Toyuqlu pizza

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq.

Onun sözlərinə görə, Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!