Əhaliyə ŞAD XƏBƏR: Pensiya ilə bağlı gözlənilən mühüm xəbər

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə ŞAD XƏBƏR: Pensiya ilə bağlı gözlənilən mühüm xəbər

Sosial

31 İyul 2023 07:12 29675


Özəl pensiya fondlarının yaradılması məqsədilə normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində işlər görülür.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, prosesin yekununda müvafiq layihələr baxılması üçün Milli Məclisə təqdim olunacaq. Marqarita pizza

Fondun sədri bu ilin əvvəlində həyata keçirilən 4-cü sosial islahat paketinə də diqqət çəkib.

Qeyd edib ki, 1.9 milyon nəfəri əhatə edən islahatın illik əlavə maliyyə tutumu 750 milyon manat olub. İslahat çərçivəsində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb.Bu il sosial ödənişlərdə artımlar ümumilikdə 810 min nəfərə şamil olunub.

Himalay Məmişov əlavə edib ki bu ilin yanvar-iyun aylarında 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 17 min 234 şəxsə birdəfəlik ödəniş təyin edilib.//Xəzərxəbər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!