Əhaliyə VACİB XƏBƏR: Bu tariflər kəskin artır 

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə VACİB XƏBƏR: Bu tariflər kəskin artır 

Sosial

13 Noyabr 2023 11:52 8862


"Mərkəzi Bank bankomatlar vasitəsilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqların aşağı salındığını bildirib. Bu, xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq. Bu, müsbət haldır. Amma bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar". 

"Yeni Sabah" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov qeyd edib.

O bildirib ki, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq: Marqarita pizza

"Bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2,5 dəfə artırmaq qərarı veriblər. Əvvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Əslində, belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə, texnologiyanın yeniləşməsi SMS göndərmənin maya dəyərini xeyli aşağı salıb".

Millət vəkilinin sözlərinə görə, belə olan halda bu xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil:

"Bu baxımdan, requlator kimi Mərkəzi Bankın belə kəskin tarif artımlarının səbəblərini araşdırması və bu yöndə interventiv addımlar atması çox vacibdir. Bəlkə də, SMS xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görsənməyə bilər, amma sistem əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq, bu, kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımlarının tənzimlənməsi çox vacibdir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!