Əhaliyə XƏBƏRDARLIQ - Qorxunc virus yayılıb: Halsızlıq, qızdırma...

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ - Qorxunc virus yayılıb: Halsızlıq, qızdırma...

Sosial

24 İyul 2023 08:21 26847


Son vaxtlar ''yay qripi''nə yoluxanların sayı artıb.

“Yeni Sabah” xəbər verir ki, həkim-infeksionist Zərintac Hümbətova "Xəzər Xəbər"ə deyib ki, bu xəstəlik yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. Adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gələ bilir.

Həkimin sözlərinə görə, bu qripin əlamətləri adi qrip xəstəliyinə bənzəsə də, bir çox xüsusiyyətinə görə ondan fərqlənir. Həmin xəstəliyin əlamətləri və yaranma səbəbləri də müxtəlifdir. Marqarita pizza

Mütəxəssis bu xəstəlikdən qorunmaq üçün bəzi tövsiyyələr verib. Qeyd edib ki, xüsusilə bu qrpin müalicəsində antibiotic tərkibli dərman istifadəsi tövsiyə edilmir

Qeyd edilib ki, hazırda qrip virusunun 2000-dən artıq variantı məlumdur. Növündən asılı olmayaraq qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalı, vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!