Əhliman Əmiraslanov və Abel Məhərrəmova   VƏZİFƏ VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ

Siyasət

09 İyun 2026 17:51 13938


Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə müavinlər təyin olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə şura sədri, Milli Məclisin deputatı Eldar Quliyev müvafiq əmrlər imzalayıb.

Əmrlə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini təyin edilib. Toyuqlu pizza

Milli Məclisin İntizam Komissiyasının sədri, professor Eldar İbrahimov, deputat Ağalar Vəliyev, “Gəncəli” İstehsalat-Kommersiya şirkətinin rəhbəri, iş adamı Bayram Yusifov, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, sabiq deputat Tahir Süleymanov və Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov isə AAŞ-ın sədr müavinləri təyin ediliblər.

Xatırladaq ki, adları çəkilən şəxslər əvvəllər də Ağsaqqallar Şurası sədrinin müavini postunda çalışıblar. Qurumun Nizamnaməsinə əsasən, qurultaydan sonra rəhbərlik yenidən formalaşdırılır. Aprelin 23-də şuranın IX qurultayı keçirilib.

AAŞ sədri Eldar Quliyev Nizamnaməyə uyğun olaraq, müavinlərin yenidən təyinatı ilə bağlı əmrlər imzalayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHIM
    NİYƏ YALNIZ BU BÖLGƏNİN QALMAQALLI MƏMURLARINA VƏZİFƏ VERİLİR? HƏR YERDƏ ONLAR VƏZİFƏ TUTURLAR. NİYƏ, NİYƏ NJYƏ, NİYƏ?
    2 months ago