Ekspert DİM-in qərarını pislədi:   “Yenilik məntiqsizdir”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert DİM-in qərarını pislədi: “Yenilik məntiqsizdir”

Sosial

30 Oktyabr 2021 09:12 7661


Regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları II qrupdan III-ə keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) bu dəyişikliyi etməkdə məqsədi abituriyentlər arasında seçimi çoxaldıb III qrupda rəqabəti azaltmaqdır. Lakin sözügedən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər coğrafiya fənnindən imtahan verməlidirlər. 

Bu yenilik valideynlər və abituriyentlər arasında birmənalı qarşılanmayıb. Çünki abituriyentlərin 70 faizi imtahandan sonra balına uyğun hansı ixtisası seçəcəyini müəyyənləşdirir. Belə çıxır ki, III ixtisas qrupunda imtahan verəcək gənclər məcburən 6 fəndən hazırlaşmalıdır. Bu da onlar üçün əlavə yükdür.

Təhsil eksperti Ramal Şəmşədli Yenisabah.az-a açıqlamasında hələ 15 il öncə coğrafiya fənninin III ixtisas qrupundan çıxarıldığını deyib: pizza sifarişi

“Xatırladım ki, TQDK-a 15 il əvvəl III ixtisas qrupundan coğrafiyanı çıxarıb, riyaziyyat fənnini əlavə etmişdi. Həmin vaxtlarda da bu, böyük müzakirələrə səbəb oldu. Necə ola bilər ki, tarix fakültəsində təhsil alan şəxs riyaziyyatı bilməli, coğrafiyanı bilməməlidir. Belə bir şey ola bilərmi?! Təbii ki, yox. 15 il sonra haradasa səhvə yol verdiklərini anladılar”.

Ekspert beynəlxalq münasibətlər ixtisasının II qrupdan çıxarılıb III qrupa keçirilməsinin xəta doğurduğunu söyləyib:

“Türkiyədə beynəlxalq münasibətlər III qrupda yox, II ixtisas qrupunda iqtisadiyyat fakültəsinin (iqtisadiyyatın idarəedilməsi) tərkibindədir. Regionşünaslığın III qrupa haradasa uyğunluğu var. Onun II-dən çıxarıb III-ə keçirmək olar. Amma beynəlxalq münasibətləri II qrupdan çıxarıb III qrupa keçirmə xəta doğurur”.

R.Şəmşədli coğrafiya fənnin əlavə edilməsinin ağır bir yük olduğunu qeyd edib:

“Sadəcə regionşünaslıq və beynəlxalq münasibətləri seçənlər coğrafiyadan imtahan verəcəklər.  Lakin bir reallıq var ki, abituriyenlərin çoxu imtahan verdikdən sonra bala uyğun ixtisas seçir. Bu da abituriyentin 6 fəndən hazırlaşmalı olduğunu ortaya çıxarır. Topladığı bal uyğun gəlməsə, əbəs yerə hazırlaşmış olacaq. Bu abituriyentlərə ağır bir yükdür.

Coğrafiya fənni iki ixtisasa görə əlavə edirlərsə, o zaman həmin ixtisas qrupundan artıq fənlər çıxarılmalıdır. Beynəlxalq münasibətlərdə riyaziyyat niyə olmalıdır? Riyaziyyatdan imtahan sualları asan olsa, abituriyent istənilən halda o fənn üzrə hazırlaşmalıdır. Əgər riyaziyyatdan sıfır alarsa, müsbət nəticə saylmayacaq. 5 və 6 fənn ya bütün ixtisaslara şamil olunmalıdır, ya da heç birinə. Onsuz da indiyə qədər 5 fənn yük kimi qiymətləndirilirdi. Maksimum 3-4 fənn olmalıdır”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • mahir suleymanov
    lll qrupdakı dəyişiklik dimin açıqlamasına görə ona görə edilibki, lll qrupda 200- 250 bal yığan uşaqlar heç bir yerə düşə bilmədikləri üçun bu qərar verilib. Xatırladaqkı regionşünaslıq və beynəlxalq münasibətlərin keçid balı Iı qrupda aşağı sayıla biləcək qədər azdır
    5 years ago