Ekspert yeni məktəbli formalarından danışdı:   “Ümumiyyətlə məktəblərdə hicab olmamalıdır”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert yeni məktəbli formalarından danışdı: “Ümumiyyətlə məktəblərdə hicab olmamalıdır”

Sosial

19 Mart 2022 14:39 627


“Forma tədris sistemində mühüm amillərdən biridir”.

Bunu Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Onun sözlərinə görə, formaları təhsil naziri seçir: pizza hut

“Ümumtəhsil məktəblərində təhsil alanların geyim forması Ümumtəhsil haqqında Qanunu 12-ci maddəsinin 12-ci bəndi ilə tənzimlənir. Və orada konkret göstərilir ki, ümumtəhsil məktəblərinin geyim formalarını, eskizlərini Nazirlər Kabineti qəbul edir. Formaları isə təhsil naziri seçir”.

Ekspertin fikrincə, dövlət ümumtəhsil məktəblərində vahid formaların qəbul olunması müsbət addımdır:

“10-12 il bundan öncə bu məsələ ortaya atılanda sosial bərabərsizlik dərhal üzə çıxdı. Tədris sistemində forma mühüm amillərdən biridir. Burada iradlıq bir şey yoxdur.

Sadəcə aztəminatlı, üç və daha artıq uşağı məktəbə gedən valideynlərə yardım edilməsini istərdim”.

E.Qafarov baş örtüyünün formaya daxil olmadığını bildirib:

“Baş örtüyü uniformaya daxil deyil. Hicab olmayacaq. Ümumiyyətlə məktəblərdə hicab olmamalıdır. Yeni formalar uşaqların da xoşuna gələcək. Müasir, mədəni geyim formalarıdır. Pandemiya ilə əlaqədar biraz gecikdi. 2022-2023 tədris ilində artıq tətbiq olunacaq”.

Nəzrin Vahid  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!