“Əl əməyinə, göz nuruna qiymət verilmir“ - Psixoloq həyəcan təbili çaldı

saytların hazırlanması

Evə çatdırılma

“Əl əməyinə, göz nuruna qiymət verilmir“ - Psixoloq həyəcan təbili çaldı

Sosial

03 May 2022 15:28 480


Son illər gənclər arasında peşə təhsilinə maraq azalıb. Gənclərin əksəriyyəti ali təhsil almağa can atsa da, günümüzdə xeyli vacib olan, həm də kifayət qədər qazanclı sayılan peşələri öyrənmək sitəyənlərin sırası getdikcə seyrəlir. 

Buna səbəb nədir? Gənclər özlərinə əziyyət vermək istəmirlər, yoxsa valideynləri onları düzgün istiqamətdə yönəldə bilmir? 

Ümumiyyətlə, cəmiyyətdə zəhmətsiz gəlirə meyl edən insanların sayının artması nə ilə bağlıdır? Toyuqlu pizza

Psixoloq Vüsalə Rüstəm “Yeni Sabah”a açıqlamasında deyib ki, peşə təhsilinə yönlənən gənclərin sayının azalması maarifləndirmə işləri və mövcud realllıqla bağlı ola bilər: “Sadə dillə desək, qaynaqçı, bənna, dülgər və başqa peşələrin sahibi olan gənc dəmirin, pasın içində işləyib çölə çıxanda görür ki, Çindən ayaqqabı gətirib satan sinif yoldaşı daha rahat yaşayır və üstü-başı da tər-təmizdir. Təbii ki, həmin gənc qaynaqçı olmaq barədə düşünməyəcək. Başqa bir misal, saç ustası bütün gün kimyəvi saç boyalarının qoxusu, dırnaq tozu və s kimyəvi maddələrin təsiri altında işləyir. Amma bu iş ağır və sağlamlığı üçün təhlükəli olduğuna görə bir müddət sonra özünə daha rahat iş axtarmağa başlayır. Heç kimi qınamaq olmur. Çünki görülən işlərə çox zaman layiqincə qiymət verilmir. Əl əməyi, göz nuru hesab etdiyimiz işlər indi ən dəyərsiz işlər hesab edilir və verilən qiymət çəkilən zəhmətə adekvat olmur. Əlbəttə, kimlərsə bununla razılaşmaya bilər, amma inanmıram ki, kimsə öz saç ustasına hər hansı müğənniyə verdiyi qədər pul ödəsin. İnsan psixologiyası elədir ki dəyər görmədiyi yerdən və peşədən uzaqlaşmaq istəyir. Etinasız münasibət insanı hətta çox sevdiyi peşəsindən belə uzaqlaşdıra bilir”. 

Vüsalə Rüstəm deyib ki, peşəni dəyərli edən insanlardır. Onun sözlərinə görə, insana, onun əməyinə dəyər verilmədikcə belə sahələrdə çalışan adamların sayı az olacaq: “Ətrafımıza qarşı daim diqqətli olmalıyıq. Hər peşənin öz çətinliyi var, amma bir bənna ilə müğənniyə verilən dəyər eyni ola bilməz. Əgər biz bunu fərqləndirə bilməsək, təbii ki, sabah evimizi tikdirmək üçün yaxşı usta tapmayacayıq”.

Nəzrin VAHİD
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!