“Elə kasıb tanıyıram ki, əlinə pul düşsə, bütün çevrəsini narkoman edər“

saytların hazırlanması

Evə çatdırılma

“Elə kasıb tanıyıram ki, əlinə pul düşsə, bütün çevrəsini narkoman edər“

Sosial

26 Aprel 2022 11:52 3140


"Məmurun hərəkəti hansı səbəbdən olursa-olsun həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət yaradır".

Yenisabah.az xəbər verir ki, bunu deputat Fazil Mustafa “facebook” hesabında yazıb.

“Qınayanlara da haqq qazandırıram. Ancaq diqqət yetirirəm bəzi profillərə, bunlar təkcə yekəxanaları, insanlara qarşı sayğısız davrananları söymürlər. Öz ideoloji baxışlarına uyğun gəlməyənləri də söyürlər, qınayırlar. Tutaq ki, fikir deyirsən, indiki təhsil modeli ilə yanaşı ayrıca özəl qızlar məktəbi açılsa yaxşı olar. Yəni təhsil almayan qız övladı qalmaz. Adam razılaşıb-razılaşmamaq haqqına sahibdir, ancaq bu fikrə görə də təhqir yazır”. pizza mizza

Fazil Mustafa bildirib ki, qudurğanlıq, tərbiyəsizlik kasıba, varlıya baxmır.

“İnanın ki, elə yoxsul tanıyıram ki, yaxşı ki, əlinə pul düşməyib, bütün çevrəsini narkoman edərdi. Bir də minlərlə xeyriyyə işi görən varlıları da yada salın. Yəni bölgünü varlı-kasıb üzərindən aparsanız yanlış nəticəyə vararsınız. İki kateqoriya insan var: sağlam düşüncəli və xəstə düşüncəli. Bir çox hallarda insan naqisliyini, yaxud da comərdliyini üzə çıxaracaq mühit olmur. Hər bir halda cəmiyyətimizdə insanların bir-birinə qarşı aqressiyasının azalması çox vacibdir. Milli auramızı hədsiz toz-tozanaqlı göstərir”.

 Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!