Əli Əsədov nəqliyyata dair müşavirə keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov nəqliyyata dair müşavirə keçirdi

Sosial

28 İyul 2023 19:56 643


Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə, xüsusilə də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işinin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

İclasda ölkədə yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, Bakı şəhərində tıxac probleminin həlli, ictimai nəqliyyatda əlçatanlığın artırılması və ictimai nəqliyyatın idarəedilməsi sisteminin optimallaşdırılması, Bakı metropoliteninin inkişaf etdirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər müzakirə olunub. Toyuqlu pizza

Şuranın sədri, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin məruzəsi dinlənilib.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq icra olunan ölkədə nəqliyyat mobilliyinin transformasiyası və Bakı metropoliteninin potensialının qiymətləndirilməsi proqramlarının icrasına dair təqdimatlar keçirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!