Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı

Siyasət

23 Aprel 2025 19:58 220


Aprelin 23-də Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib.

Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!