Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi

Sosial

07 İyun 2025 10:53 4133


Əhalinin müxtəlif kateqoriyalarının maaş, müavinət və pensiyalarında artımlar və ya onlara əlavələr barədə geniş və açıq məlumat daim yayılsa da, dövlət idarəetməsinin müxtəlif qollarında təmsil olunan vəzifəli şəxslərin məvacibi haqqında çox az bilgi var.

Yenisabah.az icra başçılarından sonra, bu dəfə nazir və nazir müavinlərinin aylıq maaşlarını araşdırıb.

Nazirlər, onların müavinləri xidmət rəisləri və komitə rəhbərlərinin maaşlarında artımla bağlı son qərar 2022-ci ildə verilib.

Prezident İlham Əliyevin 1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmanına baş nazir və onun müavinləri vəzifə maaşının 2 misli, digər nazirlər, komitə sədrləri və xidmət rəisləri isə 1.5 misli məbləğində əlavə alır. Məsələn, Baş nazir Əli Əsədovun aylıq rəsmi gəliri 3 690 manatdır.

1609 nömrəli Fərmana əsasən, Əli Əsədov vəzifə maaşının 2 misli həcmində əlavə alır. Yəni baş nazirin aylıq məvacibi 11 070 manat təşkil edir.

Aidiyyəti vəzifələrinə görə, digər məmurların aylıq maaşları isə aşağıdakı kimidir:

Baş nazirin birinci müavini - 9780;

Baş nazirin müavini - 9450;

Nazir, Dövlət Komitə sədri - 7650;

Xidmət rəisləri - 7650;

Nazirin, DK sədrinin 1-ci müavini - 6125 manat.

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    Bu o deməkdir ki,bu məmurlar 400-500 manatı saxladıqları itin pişiyin yeminə verirlər
    10 months ago
  • RAHİM
    BUDURMU ƏDALƏTLİ CƏMİYYƏT? ONLARDAN QAT- QAT ÇOX ZƏHMƏT ÇƏKƏNLƏR HEÇ MİN MANAT DA ALMIRLAR.
    10 months ago