Piri Axundova yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Piri Axundova yeni vəzifə verildi

Sosial

22 Aprel 2026 10:06 306


Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə yeni təyinat olub. 

Bu barədə "Yeni Sabah"a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentliyin direktoru İlqar Bayramlının müvafiq əmrinə əsasən, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Piri Axundov 2001-ci ildə Gəncə Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavriat, 2009-cu ildə isə Naxçıvan Dövlət Universitetində “Türk dünyası tarixi” ixtisası üzrə magistratura təhsili alıb.

2012–2016-cı illərdə AMEA-nın Fəlsəfə İnstitutunda dissertant olub. 2018-ci ildə “XX əsrdə islamda islahatçılıq meyilləri (Azərbaycan və Türkiyənin timsalında)” mövzusunda dissertasiya işini müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2019-cu ildən Azərbaycan Texnologiya Universitetində “Menecment” ixtisası üzrə ikinci ali təhsil alıb. Azərbaycan Texnologiya Universitetində doktorantdır.

Əmək fəaliyyəti dövründə Azərbaycan Dövlət Aqrar Universitetində müəllim, dekan müavini, rektor köməkçisi, baş müəllim və Azərbaycan Texnologiya Universitetində tədris şöbəsinin müdiri vəzifələrində çalışıb. 2021-ci ildən etibarən Qərbi Kaspi Universitetində Tədrisin təşkili və idarə olunması mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib, həmçinin 2022-ci ildən Fəlsəfə və hüquq kafedrasının müdiri vəzifəsinin icrası ona həvalə olunub. Hindistanda, Rusiyada, Türkiyədə, Gürcüstanda beynəlxalq konfrans və təlimlərdə iştirak edib. 20-ə yaxın yerli və beynəlxalq məqalənin müəllifi və bir dərs vəsaitinin həmmüəllifidir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!