TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.
"Əminəm ki, 2026-cı ildə işlərə başlayacağıq. Məncə, ən tez istifadəyə verilən elektrik verilişi xətləri olacaq", - Paşinyan qeyd edib.
O vurğulayıb ki, Gümrüdən Türkiyəyə qədər və Yerasx (Arazdəyən)-Naxçıvan (Azərbaycan) dəmir yolu sahələrinin yenidən qurulması bir il - il yarım vaxt aparacaq.
Telegram kanalımız