Əlil maşınlarında taksi fəaliyyəti göstərmək qadağan olundu 

saytların hazırlanması

Evə çatdırılma

Əlil maşınlarında taksi fəaliyyəti göstərmək qadağan olundu 

Sosial

28 Mart 2024 17:29 447


Azərbaycanda ikiqapılı, fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilməyəcək. 

Axar.az xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb. 

Məlumata görə, taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!