Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmovun MB-nin İdarə Heyətinin üzvülüyündən çıxarılması məsələsi bugün parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.
Həmin iclasda "PAŞA Bank” -ın Baş İcraçı Direktoru və İdarə Heyətinin sədri Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxılacaq.
Mərkəzi Bankın sədri Elman Rüstəmov dövrü necə xatırlanacaq? Toyuqlu pizza
Yenisabah.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz "Facebook" hesabında buna münasibət bildirib.
O qeyd edib ki, uzun illər, təxminən 10 il MB "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" Qanun layihəsini hazırlayıb ortaya çıxara bilməyib:
“Hər il keçirilən Bankçılıq Forumunda bununla bağlı mənasız vədlər verildi. Kriptovalyutaların tənzimlənməsi, rəqəmsal manatla bağlı hər hansı bir konkret addım atılmadı. Rəqəmsal bankçılıqda uzun illər davam edən problemlərin çox hissəsi həll edilmədi”.
Osman Gündüz xatırladıb ki, Mərkəzi Bank uzun illərdir ki, "PayPal", "Revolute", "Strike" kimi qlobal ödəniş sistemlərinin tam funksionallığı ilə ölkəmizdə fəaliyyətə başlamasında maraqlı olmayıb və buna ciddi səy göstərilməyib:
“Ölkəmizdə xaricdən ödənişlərin əldə olunmasında ciddi problemlər qalır. "YouTube" və digər sosial media platformalarında pul qazananlar vəsaiti əldə etməkdə zülm çəkirlər. "Google AdSens" ilə bağlı problemlər öz həllini tapmayıb. Bəzi hallarda bu tip vəsaitlər ümumiyyətlə qəbul edilmir və geri qaytarılır. Nağdlaşdırma tətbiq edilən 1% məsələsi də əlavə məhdudiyyətlər yaradır, rəqəmsallaşmaya mane olur”.
Ekspert əlavə edib: “Mərkəzi Bank rəhbərliyinin yenilənməsi onu göstərir ki, hökumət bu sektorun inkişafı və yenilənməsi üçün maraqlıdır. İnanıram ki, Taleh Kazımovun təyinatı maliyyə-bank sektorunda rəqəmsal transformasiyanı xeyli sürətləndirəcək”.
“Həyatımın son 10-12 ilini həm də o şəxsin dediklərini analiz etməyə həsr etmişdim, onun “ictimai tərcüməçisi” idim. İndi gedir, ümid edirəm yeni gələn gənc kadrı “tərcümə” etmək lazım olmayacaq, yeni gələn özünü göstərmək üçün Mərkəzi Bank kimi vacib qurumda tələsik addımlar atmayacaq”.
Bu sözləri isə iqtisadçı Natiq Cəfərli deyib. O, Elman Rüstəmovun ən çox vəzifədə qalan məmur olduğunu və tarixdə devalvasiyadan 24 saat əvvəl, “devalvasiya olmayacaq, manat dəyərdən düşməyəcək”, cülməsi ilə yadda qalacağını bildirib.
“Elman Rüstəmov ölkənin ən uzun müddət vəzifədə qalan məmurudur. 27 il Mərkəzi Bank kimi quruma rəhbərlik edəsən, amma tarixdə devalvasiyadan 24 saat əvvəl, “devalvasiya olmayacaq, manat dəyərdən düşməyəcək”, cülməsi ilə qalasan – ağər dərddir…”
Cavad Salmanlı
Telegram kanalımız