Elza: 20 il əvvəl mənə gülürdülər, indi isə hamı təkrarlayır -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Elza: 20 il əvvəl mənə gülürdülər, indi isə hamı təkrarlayır - VİDEO

Şou

21 İyul 2026 10:38 101


Əməkdar artist Elza Seyidcahan yaratdığı obrazdan ilhamlanan əcnəbi ulduzlardan danışıb.

“Yeni Sabah” xəbər verir ki, o qeyd edib: 

“Mənə tez-tez deyirlər ki, bu qədər paltarı niyə saxlayırsan, ehtiyacı olmayanları başqasına ver. Amma düşünürəm ki, bəlkə bu gün geyinmədiyim bir geyim bir neçə aydan sonra hansısa konsertimdə aksesuar kimi mənə lazım olacaq. Dördpendirli pizza

Görürəm ki, geyim tərzimi təkrarlayanlar çoxdur və bu məni sevindirir. Təkcə Azərbaycanda deyil, xaricdə də bunu müşahidə edirəm. Vaxtilə mənim üslubumu qəbul etmirdilər. İndi isə görürəm ki, Avropada belə oxşar tərzlərdən istifadə olunur.

20-30 il əvvəl Avropa müğənnilərinin səhnə geyimlərinə baxın, bir də mənim o dövrdəki obrazlarıma baxın. O vaxt moda jurnallarını izləyərək fərqli üslub yaratmağa çalışırdım. Azərbaycanda buna görə məni həvəsdən salmağa çalışırdılar, məni başa düşmürdülər. Amma illər keçdikcə gördüm ki, həmin üslublar artıq təkrarlanır”.

Müğənni Leydi Qaqa ilə müqayisə olunmasına da münasibət bildirib:

“Məni tez-tez Leydi Qaqa ilə müqayisə edirlər. Bu müqayisəni mən etməmişəm, jurnalistlər mənə bu barədə sual veriblər və mən də cavablandırmışam. Özümü tərifləməyi sevmirəm. Şükür Allaha, xalqın sevgisini qazanmışam. Allah mənə çox gözəl nemətlər verib və buna görə hər zaman şükür edirəm. Şükür etmək mənim həyat prinsipimdir. Hətta ən çətin anlarda belə “şükür” deməyə çalışıram. Oğlum bəzən deyir ki, hər şeyi niyə Allahın ümidinə buraxırsan, axı vəziyyət göz qabağındadır. Mən isə ona deyirəm ki, narahat olma, zamanı gələndə hər şey düşündüyümüzdən də yaxşı olacaq". 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!