“Embawood” cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Embawood” cərimələndi

Sosial

03 May 2022 10:09 329


"Embawood” MMC cərimələnib.

“Report”un xəbərinə görə, bu barədə MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. pizza sifarişi

Qərara əsasən, şirkətə cərimə cəzası kəsilib.

Xatırladaq ki, bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!