İş adamı Emin Ağalarov ötən gün "Sea Breeze"də baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.
"Yeni Sabah" xəbər verir ki, Emin Ağalarovun sosial şəbəkə hesabında yayılan açıqlamada "Sea Breeze"in akvaparkında faciəvi hadisədə bir uşağın həyatını itirdiyi bildirilir.
Emin Ağalarov öz adından və bütün “Sea Breeze” komandası adından hadisədə həyatını itirən uşağın ailəsinə dərin hüznlə başsağlığı verib. Dominos pizza
Bildirilib ki, hazırda baş verənlər, o cümlədən uşağın hovuzun texniki zonasına - çəpərlərin arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəbləri araşdırılır.
Qeyd edilib ki, istintaqa hər cür yardım göstərilir.
Emin Ağalarov qeyd edib ki, uşaaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün həmişə qeyd-şərtsiz prioritet olub və belə olaraq qalır:
"Bütün zonalar, obyektlər FHN və müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 min nəfərdən çox qonağı qəbul edib.
Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
“Sea Breeze” komandası, şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik”.
Telegram kanalımız