Əmlakını sığortalayanların sayı artır

saytların hazırlanması

Evə çatdırılma

Əmlakını sığortalayanların sayı artır

İqtisadiyyat

28 Sentyabr 2026 12:28 45


Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortalanması bazarında nəzərəçarpan böyümə qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 72 milyon 531 min manat sığorta haqqı toplanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yığımlarda ciddi artım müşahid olunub. Belə ki, 2025-ci ilin ilk 8 ayında sözügedən göstərici 54 milyon 645 min manat təşkil edirdi. pizza mizza

Sığorta haqqı yığımlarının artması ilə yanaşı, vətəndaşlara və təşkilatlara edilən sığorta ödənişlərində də yüksəliş qeydə alınıb. Cari ilin yanvar-avqust aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 2 milyon 833 min manat ödəniş həyata keçirilib ki, bu da 2025-ci ilin eyni dövründəki 1 milyon 816 min manatlıq göstəricidən nəzərəçarpan dərəcədə çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!