Ən çox yoluxma Ermənistanda olub
21 May 2020 11:06
177

Ən çox yoluxma Ermənistanda olub

Cənubi Qafqazdakı COVID19-a yoluxma hallarının 74% -dən çoxu Ermənistanın payına düşür.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Кавказский узел" portalı məlumat yayıb. Bildirilir ki, Ermənistan koronavirus infeksiyasının yayılma sürətinə görə Cənubi Qafqazda lider olaraq qalır. 

Portalın verdiyi məlumata görə aşkar edilmiş koronavirus hallarının sayına görə Cənubi Qafqazda birinci yeri tutan Ermənistanda 100 min nəfərə 162,88 yoluxma halı düşür. Əhalisinin sayının azlığına baxmayaraq Ermənistanda koronavirusa yoluxma və ölüm hallarının (64 nəfər) çoxluğu Ermənistan dövlətinin koronovirus ilə mübarizədə atdığı addımlarının iflası, hökumətin bu problemə laqeyd münasibətindən irəli gəlir. 

 

Oxşar xəbərlər