Bazar müxtəlif ailə avtomobilləri ilə zəngindir. Geniş salonu və praktikliyi ilə seçilən modellər çox olsa da, ən uyğun variantı seçmək hər zaman asan olmur.
Qaynarinfo xəbər verir ki, "GoBankingRates" nəşrinə danışan mütəxəssislər qiymət və etibarlılıq baxımından fərqlənən beş ailə avtomobilini tövsiyə ediblər. Onların sözlərinə görə, bu modellər öz seqmentlərində bir çox rəqiblərini geridə qoyur.
"Toyota RAV4” Toyuqlu pizza
"Toyota RAV4” uzun illərdir dünyanın ən populyar krossoverlərindən biri hesab olunur və yüksək etibarlılığı ilə tanınır.
"Cash Auto Salvage” şirkətinin həmtəsisçisi Mark Skirvin bildirib ki, xüsusilə 2019–2023-cü il istehsalı olan modellər daha sadə elektron sistemlərə malik olduqları üçün etibarlılığı ilə seçilir.
Ekspert əlavə edib ki, bu model üçün ehtiyat hissələri asanlıqla tapılır, texniki xidmət xərcləri isə münasibdir.
"Honda CR-V”
"Honda CR-V” öz sinfində "Toyota RAV4”ün əsas rəqiblərindən biri hesab olunur. Mark Skirvin 2017–2022-ci il istehsalı olan modellərə üstünlük verilməsini tövsiyə edib.
"Təcrübəmizə əsasən, "Honda CR-V" çox etibarlıdır. Bu avtomobillərin 5 faizdən azında mühərrik və ya transmissiya problemi qeydə alınır. Servisimizə bu modellər əsasən yol-nəqliyyat hadisələri və ya sel nəticəsində zədələndiyi üçün gətirilir. Mexaniki nasazlıqlara isə çox nadir hallarda rast gəlinir”, deyə o bildirib.
"Honda Odyssey”
Mexanik və "German Car Depot” servisinin sahibi Alan Helfand "Honda Odyssey”ni üç cərgəli oturacaqları olan ən yaxşı minivenlərdən biri adlandırıb.
Onun sözlərinə görə, model yüksək etibarlılığı, münasib texniki xidmət xərcləri və qənaətcil yanacaq sərfiyyatı ilə seçilir.
"Honda Odyssey" etibarlılıqdan güzəştə getmədən aşağı yanacaq sərfiyyatı təklif edir”, deyə Alan Helfand vurğulayıb.
"Toyota Sienna”
Alan Helfand ailələr üçün digər uğurlu seçim kimi "Toyota Sienna”nı da tövsiyə edib.
Ekspert bildirib ki, bu üç cərgəli miniven uzun illər ciddi nasazlıqlar olmadan istismar oluna bilər.
"Toyota Sienna"nın hibrid versiyası həm aşağı yanacaq sərfiyyatı, həm də markaya xas etibarlılığı ilə seçilir. e-CVT transmissiyası hermetik quruluşa malikdir və sızma olmadığı üçün xüsusi texniki xidmət tələb etmir”, deyə o qeyd edib.
"Hyundai Palisade”
Sığorta hadisələrinin tənzimlənməsi üzrə "Claimsline” xidmətinin həmtəsisçisi Endryu Frenks isə "Hyundai Palisade” modelini tövsiyə edib.
Onun sözlərinə görə, bu avtomobil müasir dövrün ən etibarlı üç cərgəli krossoverlərindən biridir.
"Hyundai Palisade" ilk istismar illərində nümayiş etdirdiyi sabit performans və uzunmüddətli zəmanət sayəsində etibarlı avtomobil reputasiyası qazanıb”, deyə ekspert bildirib.
Telegram kanalımız