Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-dan daha çox mayeləşdirilmiş təbii qaz (LNG) və daha sərfəli şərtlərlə almaq istəyini açıqlayıb.
Yenisabah.az NTV-yə istinadla xəbər verir ki, o, bunu Nyu-Yorkda Türkiyə-Amerika İş Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib: “Gələcəkdə biz ABŞ-dan daha çox və daha sərfəli şərtlərlə qaz almaq istəyirik. Bizdə mövcud olan müasir infrastruktur sayəsində biz bu LNG-nin region ölkələrinə çatdırılmasında əməkdaşlığa hazırıq. Pepperoni pizza
Biz ABŞ-dan altıncı ən böyük enerji idxalçısı olduq. Türkiyə enerji təhlükəsizliyi, çatdırılma marşrutları, mənbələrin şaxələndirilməsi baxımından əsas rol oynayır. Və enerji sektorunda mövcud beynəlxalq vəziyyəti nəzərə alsaq, bizim mühüm əməkdaşlıq imkanlarımız var”.
Ərdoğan əlavə edib ki, Türkiyədə yeni LNG terminallarının tikintisi və son illərdə bu sahəyə qoyulan böyük investisiyalar sayəsində ABŞ ikinci ən böyük qaz tədarükçüsünə çevrilib.
Telegram kanalımız