Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbələr məlumat verib.
Daha əvvəl bildirilmişdi ki, Ərdoğan apreldə İstanbulda Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında danışıqlar təşkil etmək istəyir. pizza hut
“Prezident daha çox insan tələfatının və dağıntıların qarşısını almaq üçün atəşkəs istiqamətində diplomatik səylərini davam etdirir və davam etdirəcək. Məsələ prezidentin xarici siyasət gündəliyindədir”, – deyə diplomatik mənbə bildirib.
O əlavə edib ki, bununla bağlı Rusiya və Ukrayna liderləri ilə təmaslar davam etdir.
Xatırladaq ki, rəsmi Ankara Rusiya-Ukrayna nizamlanmasında vasitəçilik rolunu oynamağa çalışır. Türkiyə Qərbin anti-Rusiya sanksiyalarına qoşulmur, eyni zamanda, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva ilə Kiyev arasında danışıqların yüksək səviyyədə təşkili üçün Rusiya və Ukrayna liderləri ilə çoxlu görüşlər keçirib, telefon danışıqları aparıb.
Telegram kanalımız