Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və Vladimir Zelenski arasında görüş təşkil etmək ümidini itirmədiyini bildirib.
Yenisabah.az PBS-ə istinadla xəbər verir ki, Türkiyə prezidenti deyib:
“Türkiyə balans siyasəti yürüdən bir ölkə olaraq burada hər iki tərəfi dinləmənin tərəfdarıdır. Ona görə də bu liderləri bir araya gətirmək üçün təcili istəyimiz var. Gəlin onları bir araya gətirək, mən həmişə onları şəxsən eşitmək istəmişəm. İndiyədək buna nail ola bilməmişik, amma ümidimi itirmirəm”. pizza hut
Eyni zamanda, Ərdoğan əmin olduğunu bildirib ki, Putin Ukrayna böhranını tez bir zamanda sona çatdırmağa çalışır, lakin bunun üçün Kiyev Moskva ilə eyni anlayışda olmalıdır.
Telegram kanalımız