Ərdoğan: “Türkiyəni 2002-ci ildən əvvəl tanıyanlar...“

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: “Türkiyəni 2002-ci ildən əvvəl tanıyanlar...“

Dünya

17 Aprel 2023 17:27 706


“Türkiyə İqtisadi Modeli ilə hədəflərimizə doğru bir addım irəlilədik”.

Yenisabah.az “Sputnik Türkiye”yə istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib: “İnanırıq ki, millətimizin seçimi son 21 ildə olduğu kimi iş, xidmət və investisiya siyasətinin xeyrinə olacaq. Ölkəmizin son 21 ildə inadla, səbirlə və ardıcıllıqla apardığı iqtisadi inkişaf yolu kəsilməyəcək. pizza mizza

Xalqımız, xüsusən də Türkiyəni 2002-ci ildən əvvəl tanıyanlar, mübarizə apararaq, lazım gəldikdə əvəzini ödəməklə əldə etdikləri demokratik və iqtisadi qazanclardan heç vaxt dönməyəcəklər. İnşallah mayın 14-də milli iradə bir daha özünü büruzə verər və sevimli millətimiz Türkiyə Yüzillliyinə "bismillah" deməklə başlayar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!