16 Avqust - 05:59
Əri tərəfindən küçəyə atılan 4 uşaq anasından xəbər var

Əri tərəfindən küçəyə atılan 4 uşaq anasından xəbər var

Sosial

03 İyul 2022 13:07 664


Sumqayıtda həyat yoldaşı tərəfindən zorakılıqla üzləşən və 4 uşağı ilə birgə mənzilini tərk edən qadın hazırda öz evində təhlükəsiz vəziyyətdədir.

Yenisabah.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O, əlavə edib ki, onlar müayinə üçün Sumqayıt uşaq xəstəxanasına yerləşdiriləcək. Daha sonra aidiyyəti üzrə bütün tədbirlər görüləcək. Məsələ aidiyyəti dövlət qrumlarının diqqətindədir.

Qeyd edək ki, ailə başçısı içi düşkünü olduğundan, sərxoş vəziyyətdə yoldaşına zorakılıq tətbiq edib, qadın da uşaqlarını götürüb evdən çıxıb. Gecə saatlarında polis qadın və uşaqların təhlükəsizliyini təmin edib. Artıq ailə başçısı polisə dəvət olunub. Onun barəsində müvafiq tədbir görüləcək.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!