Erməni əsilli milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edir.
Yenisabah.az xəbər verir ki, bu barədə erməni iş adamı özü bildirib.
Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək barədə qərar verdiyini deyib. O, bunun riskli addım olduğunu da vurğulayıb.
Qeyd edək ki, Ruben Vardanyan “Troyka Dialoq” investisiya şirkətinin təsisçisidir. Onun 1 milyard dollardan çox sərvətə sahib olduğu bildirilir. Vardanyan Rusiyanın 200 ən varlı insanı arasında yer alır.
Telegram kanalımız