Ermənilər Gürcüstanda təxribat törətdi: 5 ev yandırıldı
09 Avq 2020 08:01
931

Ermənilər Gürcüstanda təxribat törətdi: 5 ev yandırıldı


Gürcüstanda ermənilərin kompakt yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub. Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar. 

Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu bildirilir. Samtsxe Cavaxetinin qubernatoru Besik Amiranaşvili Axalkalakidə olub. O, iğtişaşların kriminal insidentlə bağlı olduğunu deyib.

Axalkalaikdə hazırda vəziyyətin gərgin, lakin nəzarət altında olduğu bildirilir. /Publika.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər