Ermənilər meyitlərinə sahib çıxmır -  Video
13 Okt 2020 11:31
63895

Ermənilər meyitlərinə sahib çıxmır - Video

Azərbycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən həyata keçirdiyi genişmiqyaslı əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusu ciddi itkilərə məruz qalıb.

Yenisabah.az xəbər verir ki, düşmənin yüzlərlə canlı qüvvəsi, çoxsaylı hərbi texnikası məhv edilib, işğal altındakı bir sıra yaşayış məntəqələrimiz, strateji yüksəkliklər, o cümlədən Murovdağ zirvəsi azad olunub. Ermənistan hərbçiləri davamlı olaraq geri çəkilir, öz mövqelərini tərk edir, təşviş içində qaçır, hətta xidmət etməkdən yayınırlar. Geri çəkilən düşmən nəinki hərbi texnika və silah-sursatını, hətta yaralı hərbçilərini, əsgərlərinin cəsədlərini də döyüş meydanında atıb qaçır. Erməni ordusunun geri çəkildiyini, meyitləri döyüş meydanında qoyduğunu əks etdirən videonu təqdim edirik:

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər