Ermənilər traktoru snayperlə vurdu
17 İyl 2019 20:40
229

Ermənilər traktoru snayperlə vurdu

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildiriblər.

“Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub”, - deyə nazirliyin məlumatında bildirilib.

Oxşar xəbərlər