Ermənilər Kəlbəcər və Laçını atəşə tutdu

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Kəlbəcər və Laçını atəşə tutdu

Dünya

11 Sentyabr 2022 09:59 895


Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutulub. 

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. pizza

Bölmələrimizin adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!