Ermənistan ABŞ-ın köməyi ilə Ukraynaya “Toçka-U” komplekslərinin verilməsinə razılıq verib.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Müharibələrin Təhlili İnstitutunun (ISW) rusiyayönlü mənbələrə istinadən yaydığı hesabatda deyilir. Lakin məlumatı təsdiqləyən heç bir sübut yoxdur. Ermənistanın Ukraynaya neçə “Toçka-U” kompleksi verə biləcəyi də məlum deyil.
Mənbələr Ermənistan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazırlaşdırığını da iddia edir. Eyni zamanda, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan noyabrın 9-da jurnalistlərə bildirib ki, Ermənistan KTMT-dən çıxmaqla bağlı hüquqi prosesi müzakirə etmir.
Telegram kanalımız