Ermənistanda eks-deputat həbs olundu

Ermənistanda eks-deputat həbs olundu

Rəsmi Veb saytların hazırlanması

07 Noyabr 2023 11:01 1540


Ermənistan parlamentinin keçmiş üzvü, "Qayıdış" Fondunun sədri Araqats Axoyan həbs edilib.

Yenisabah.az Sputnik Armenia-ya istinadla xəbər verir ki, İstintaq Komitəsi eks-deputatın həbsinin səbəbini – onun sosial şəbəkədəki paylaşımı olduğunu açıqlayıb.

İyunun 8-də Axoyan öz səhifəsində “ictimai zorakılığa çağırışlar səsləndirib”: söyüş söyərək, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından sonra öldürülməli olanların siyahısını tərtib etməyə çağırıb.

Noyabrın 3-də Axoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 330-cu maddəsi (zorakılığa açıq çağırış) ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə eks-deputat bir ay müddətinə həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!