Ermənistanda güclü zəlzələ baş verdi

Ermənistanda güclü zəlzələ baş verdi
Sent 10, 2019 20:54
Oxunma sayı: 147

Ermənistan ərazisində ard-arda iki zəlzələ olub.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.

İlk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.

Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda Ermənistan ərazisində olub. 

Yenisabah.az