“Ermənistanda oğurlandım və vəhşicəsinə döyüldüm”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanda oğurlandım və vəhşicəsinə döyüldüm”

Maraqlı

27 Sentyabr 2026 13:30 156


2000-ci illərin əvvəllərində futbol üzrə İran komandanın baş məşqçisi olmuş Məhəmməd Əhmədzadə Ermənistanda başına gələnlərə dair "Instagram" paylaşımı edib.

"Yeni Sabah" xəbər verir ki, karyerasını hücumçu kimi başlayan Məhəmməd Əhmədzadə bir neçə il əvvəl təəccüblü şəkildə futbol dünyasını tərk edib və qoşqulu yük maşını sürmək qərarına gəlib.

O, həyatının indiyədək danışılmamış hekayətlərindən birini izləyiciləri ilə bölüşüb: Pepperoni pizza

"İllər əvvəl Ermənistandan İrana 1000 qoyun idxal etmək üçün lisenziya almışdım və oradakı bir tanışıma müvafiq işi görmək üçün 155.000 dollar nağd pul ödəmişdim. Amma onun dəfələrlə zənglərimə cavab vermədiyini görəndə Ermənistana getdim.

Həmin adamı axtararkən oğurlanıb naməlum bir yerə aparıldım və huşumu itirənə qədər şiddətlə döyüldüm. Huşum özümə gələndə xəstəxanada olduğumu anladım. Orada 32 gün müalicə aldım".

M.Əhmədzadə hekayətinə belə davam edib: "Xəstəxanada anesteziyadan oyandıqdan sonra həmkarım Əhmədrza Abedzadənin nömrəsinə zəng etdim, çünki özəl xəstəxanada idim. Ona dedim ki, kritik vəziyyətim və 15.000 dollara ehtiyacım var. Abedzadə köməyimə tələsdi və məndən heç nə əsirgəmədi. 

Bu hadisə nəinki sağlamlığıma zərər verdi, həm də həyatıma ciddi təsir göstərdi. Arvadımdan ayrılmalı oldum".

M.Əhmədzadə onu aldatmış şəxsin İran ermənisi olduğunu deyib.

Onun nəql etdikləri İranda geniş müzakirə mövzusu olub.

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!