4 İyul - 04:43
Ərzaq niyə bahalaşıb? - Rəsmi açıqlama

Ərzaq niyə bahalaşıb? - Rəsmi açıqlama

Sosial

23 İyun 2022 15:06 405


Rusiya ən böyük neft və qaz tədarükçülərindən biri olduğuna görə yanacaq məhsullarının qiyməti qlobal miqyasda yüksəlib və bu daha çox yanacaq idxal edən İEÖ-də inflyasiyanı artırıb.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev bildirib.

AMB rəsmisi deyib ki, həm Rusiya, həm də Ukrayna eyni zamanda əsas ərzaq ixracatçılarıdır, bu səbəblə müharibədən və sanksiyalardan yaranan tədarük zəncirinin qırılması halları qlobal ərzaq qiymətlərinin bir az da bahalaşması ilə nəticələnib:

"Məlumat üçün qeyd edək ki, Ukrayna və Rusiyanın dünya buğda ixracında payı 30 faizdir, buna görə də buğdanın qiyməti rekord həddə çatıb. Bundan əlavə region üzrə logistika xətlərinin qırılması digər məhsulların da tədarükündə problemlərə və dolayısıyla bahalaşmaya səbəb olub.

Ərzaq və enerjinin istehlakda daha çox paya malik olduğu (Afrikada 50 faizə qədər) aşağı gəlirli ölkələr və inkişaf etməkdə olan bazarlar üçün təsir çox güman ki, daha böyük və uzunmüddətli ola bilər. Aşağı gəlirli ölkələrdəki insanlar yüksək qiymətlərə daha çox həssasdırlar, çünki ərzaq istehlakın orta hesabla 44% təşkil edir. İnkişaf etmiş iqtisadiyyatlarda bu göstərici 16 faizdir. Kəskin artan neft və qaz qiymətləri həm yanacaq, həm də mineral gübrələrin qiymətlərini artıraraq kənd təsərrüfatı və təzə ərzaq istehsalını da bahalaşdırır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!