Ərzaq qıtlığı:   Azərbaycanda mağaza piştaxtalarından nələr yoxa çıxa bilər?

saytların hazırlanması

Evə çatdırılma

Ərzaq qıtlığı: Azərbaycanda mağaza piştaxtalarından nələr yoxa çıxa bilər?

Sosial

16 İyun 2022 17:50 2248


“Azərbaycanda ciddi ərzaq qıtlıq olacağını düşünmürəm”.

Bunu “Yenisabah”a açıqlmasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, dünyanın ən böyük taxıl istehsalçısı Kanadadır.  Pepperoni pizza

“Çin və Hindistan da bu sahədə önəmli yerə sahibdir. Ancaq dünyanın taxıl tələbatının 30%-ini birlikdə ödəyən iki ölkə var – Rusiya və Ukrayna. 

Rusiyaya tətbiq olunan sanksiyalar və məhdudiyyətlər, bir çox sahədə olduğu kimi, taxıl ixracı sahəsində də bir sıra problemlər yaradıb. Məhsulunu Qara dəniz vasitəsilə ixrac edən Ukrayna limanlarının demək olar ki, hamısı Rusiyanın nəzarəti altındadır. Rusiyanın bu addımı nəticəsində Ukrayna istehsal etdiyi taxılı dünya bazarına çıxara bilmir. Odur ki, ərzaq qıtlığının baş verməsi labüddür”, - deyə ekspert izah edib. 

Asif İbrahimovun sözlərinə görə, ərzaq qıtlığını təkcə Ukraynanın öz taxılın dünya bazarına çıxarıla bilməməsi ilə əlaqələndirmək olmaz: 

“Şəkər çuğunduru, qarabaşaq, yağ məhsulları və s. gündəlik tələbat məhsullarını idxal edən ölkələrdə ciddi ərzaq problemi yarana bilər. Artıq Azərbaycan əhalisi də piştaxtalarda qiymət artımını açıq şəkildə görə bilir. Misal olaraq, kərə yağının qiyməti 14 manatdan 19 manata qalxıb. Ancaq Azərbaycanda ciddi ərzaq qıtlığı olacağını düşünmürəm. Bununla belə, sentyabr və oktyabr aylarında çörək və digər məhsulların qiymətində artım müşahidə oluna bilər”. 

Ekspert vurğulayıb ki, hələ mart ayında Hindistan, Azərbaycan da daxil olmaqla, 30 ölkəyə taxıl ehtiyacının ödənilməsi ilə bağlı təklif irəli sürmüşdü:

“Sonra havaların quraq və isti keçməsini əsas gətirərək bu qərardan imtina etdilər. Fikrimcə, səbəbi quraqlıq deyil, Rusiya-Ukrayna müharibəsindən faydalanaraq taxılı daha baha satmaqdır.

Azərbaycanda qrunt suları və bir sıra tədbirlərin görülməməsi nəticəsində əkin sahələrinin 37%-i şoranlaşmaya doğru gedir. Tövsiyə edərdim ki, ərzaq qıtlığının müşahidə olunduğu dövrdə bu sahəyə xüsusi diqqət yetirilsin və daxili istehsal gücləndirilsin. 

Bundan əlavə, Rusiya, Qazaxıstan və Ukraynadan başqa, taxıl idxalı üçün alternativ ölkələr olmalıdır. Hazırda Hindistanın taxıl anbarlarında 30 milyon tona yaxın taxıl yığılıb”. 

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!