“Əsas məqsəd Rusiyanı münaqişəyə cəlb etməkdir” -  Rusiyalı ekspert
28 Okt 2020 17:04
535

“Əsas məqsəd Rusiyanı münaqişəyə cəlb etməkdir” - Rusiyalı ekspert

“Bərdədən Qarabağa qədər böyük məsafə var. Bura müharibə bölgəsindən çox uzaqdır. Dinc əhalinin atəşə tutulması, təbii ki, vəhşilikdir və terror aktlarının təzahürü, hərbi cinayət kimi qiymətləndirilə bilər”.

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın dinc şəhərlərini atəşə tutarkən əsas məqsədi cavab atəşi almaq və Rusiyanı münaqişəyə cəlb etməkdir: “Paşinyanın məqsədi tam aydındır. O, Rusiyanı KTMT və Rusiya ilə Ermənistan arasındakı ikitərəfli razılaşmaların mexanizmlərini işə salmağa məcbur etmək və Rusiyanın Ermənistana əhəmiyyətli dəstək verməsini təmin etmək istəyir. Düşünürəm ki, cinayətkarlar aşağıdakı şəkildə məsuliyyətə cəlb oluna bilər: Azərbaycan və müttəfiqləri birlikdə bu məsələni qaldırmalı və onu BMT Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmalıdırlar”. (Report)

Xatırladaq ki, Ermənistanın Bərdəyə raket atması nəticəsində 21 nəfər ölüb, 70 şəxs yaralanıb.

“Əsas məqsəd Rusiyanı münaqişəyə cəlb etməkdir” -  Rusiyalı ekspert
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər