Eşitmə əngəlli şagirdlər üçün test kitabçaları hazırlanıb

saytların hazırlanması

Evə çatdırılma

Eşitmə əngəlli şagirdlər üçün test kitabçaları hazırlanıb

Sosial

28 Aprel 2022 15:15 645


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 30-da və mayın 1-də respublikanın 22 şəhər və rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən Yenisabah.az-a bildirib, buraxılış imtahanında iştirak edəcək 51 fiziki məhdudiyyətli şagirdin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. pizza sifarişi

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!