“Etdim, niyə paylaşmadınız?” - Zaur Baxşəliyev

saytların hazırlanması

Evə çatdırılma

“Etdim, niyə paylaşmadınız?” - Zaur Baxşəliyev

Şou

23 Fevral 2024 15:43 1106


Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, “Bizimləsən” verilişində Arzu və Ceyran adlı iştirakçıların olmasını ona irad tutulanlara səslənib: 

“Bizə çox deyirlər ki, qaziləri, şəhid ailələrini dəvət etmirsiniz. Hər həftə bir qazi, şəhid ailəsi bizə müraciət edir. Bu, illərdir davam edir. Bir qazinin uğuruna sevinə bilməyib xanımın özünü yerə çırpmasını paylaşan insanlara demək istəyirəm ki, proqramda bir anda iki böyük hadisə baş verdi. Arzunun özünü yerə çırpmasını böyük hadisə adlandırmayacağam. Sezar pizza

"TikTok" səhifələrində “Arzu özünü növbəti dəfə yerə çırpdı” yazırlar. Deyirlər, canını Vətən yolunda qoyanları çağırın, bir qazini çağırın, Arzunu niyə çağırırsınız... Etdim, niyə paylaşmadınız? Deməli, siz də Arzu və Ceyranı görmək istəyirsiniz. Mən kimsənin sözünə əhəmiyyət verən deyiləm. Amma etdiyimi etdim”. 

Qeyd edək ki, proqramda 44 günlük Vətən müharibəsində yerimə qabiliyyətini itirən Vətən adlı qaziyə yardım edilib, onun yeriməsinə köməklik ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!